CAR İsrailə qarşı “Soyqırım davası” açdırdı

Xatırladaq ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olan 22 mindən çox fələstinli həyatını itirib

2083689
CAR İsrailə qarşı “Soyqırım davası” açdırdı

 

  Yanvarın 11-12 tarixlərində Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı “Soyqırım işi”nin ilk iclası keçiriləcək. Bu barədə Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinin sözçüsü Kleyson Monyela sosial media platformasında verdiyi açıqlamada bildirib.

  Cənubi Afrika Respublikası dekabrın 29-da İsrailin 7 oktyabrdan bu yana Qəzzada törətdiyi hərəkətlərlə bağlı BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması”na dair 1948-ci il konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədliyyə Məhkəməsində iddia qaldırıb və İsrail üçün tədbir görmək qərarı tələb etmişdi.

  Müraciətdə deyilir: “İsrailin hərəkətləri konkret soyqırım niyyəti ilə törədilən soyqırım hadisələridir. Bu hərəkətlər “Qəzzada fələstinliləri məhv etmək” məqsədi daşıyır”.

  Qeyd edək ki, Soyqırım Konvensiyasının 9-cu maddəsinə əsasən, əgər dövlət konvensiyanın maddələrini pozarsa, konvensiyanın iştirakçısı olan istənilən dövlətin onu pozan dövlətə qarşı İCJ-də iddia qaldırmaq haqqı var.

  Təcili tələb olunan hallarda Beynəlxalq Ədliyyə Məhkəməsi göstəriş verə və məhkəmə prosesi başa çatana qədər sözügedən pozuntuların dayandırılması barədə göstəriş verə bilər.

  Xatırladaq ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olan 22 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr