Almaniyada İslam əleyhinə partiya üzvlərinin sayı neçə faiz artıb?

AfD-nin verdiyi məlumata görə ...

2083368
Almaniyada İslam əleyhinə partiya üzvlərinin sayı neçə faiz artıb?

 

  Almaniyada İslam əleyhinə ifrat sağ populist Almaniya üçün Alternativ (AfD) partiyasının üzvlərinin sayı bir ildə 37 faiz artıb.

  AfD-nin verdiyi məlumata görə, partiya üzvlərinin sayı 40 min 131 nəfər olub.

  2021-ci ildə keçirilən parlament seçkilərində 10,3 faiz səslə Federal Məclisə daxil olan AfD son vaxtlar müxtəlif ictimai rəy mərkəzləri tərəfindən aparılan sorğularda 21-23 səs nisbəti ilə Xristian Birlik Partiyalarından (CDU/CSU) sonra ölkənin ikinci ən böyük partiyası olaraq önə çıxır.

  “Civey” araşdırma mərkəzinin “Saechsiche Zeitung" qəzeti üçün 2024-cü ilin sentyabrında Saksoniyada keçiriləcək əyalət parlamenti seçkiləri ilə bağlı apardığı sorğuya görə, AfD 37 faiz səslə bölgədə birinci yerdədir.

  Sorğuda Xristian Demokratik Birlik Partiyası (CDU) 33 faizlə ikinci yeri tutub.

  2024-cü ilin sentyabrında Türingiya və Brandenburqda əyalət parlamentinə seçkilər keçiriləcək. Araşdırmalar göstərir ki, AfD bu yerlərdə birinci yerdədir.



Әlaqәli Xәbәrlәr