İsrailin Qəzzaya hücumlarının 86-cı gününün statistikası

Qəzza hökumətinin mətbuat xidmətindən verilən məlumatda yazılır ...

2082707
İsrailin Qəzzaya hücumlarının 86-cı gününün statistikası

 

  İsrail qüvvələri 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında hər gün ən azı 181 qadın və uşağı öldürüb.

  Qəzza hökumətinin mətbuat xidmətindən verilən məlumatda yazılır: “İsrailin Qəzzaya 86 gündür etdiyi hücumlarda 9100 uşaq və 6500 qadın həyatını itirib.

  70 faizi qadın və uşaq olmaqla 7 min nəfər dağıntılar altında qalıb və ya itkin düşüb.

  Xəstəxanalara gətirilən ölü sayı 21 min 822, yaralı sayı 56 min 451 nəfər olub.

  Səhiyyə sektoruna qarşı pozuntular var: İsrail qüvvələri 312 səhiyyə işçisi və 40 mülki müdafiə zabitini öldürüb.

  İsrailin hücumları nəticəsində 106 jurnalist həyatını itirib.

  İsrail qüvvələri 99 səhiyyə işçisi və 10 jurnalisti saxlayıb.

  2,3 milyon əhalisi olan Qəzza zolağında 1,8 milyon adam didərgin düşüb.

  Köçkün fələstinlilərin qaldığı izdihamlı mərkəzlərdə 355 min yoluxucu hal aşkarlanıb.

  İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza zolağında 126 dövlət obyekti və 92 məktəb və universitet tam, 285 məktəb və universitet qismən, 65 min ev, 119 məscid və 3 kilsə tamamilə dağılıb, ümumilikdə Qəzza zolağında 290 min evə ziyan dəyib.

  İsrail ordusu 142 səhiyyə müəssisəsini hədəfə alıb, 53 tibb mərkəzi və 23 xəstəxananı sıradan çıxarıb, 104 təcili yardım maşınını yararsız hala salıb.

  Fələstinin mədəni irsini hədəf alan İsrail hücumları ilə Qəzzada 200 tarixi və mədəni sərvəti məhv edib".

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam birlikləri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” hücumuna keçib. Buna cavab olaraq İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına “Dəmir qılınclar” əməliyyatına başlayıb.  



Әlaqәli Xәbәrlәr