“Qəzza zolağının 40 faizini aclıq bürüyüb”, T.Uayt

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza üzrə direktoru Tomas Uayt agentliyin “X” sosial media platformasında paylaşım edib ...

2082134
“Qəzza zolağının 40 faizini aclıq bürüyüb”, T.Uayt

 

  Qəzza zolağı əhalisinin 40 faizinin aclıq təhlükəsi ilə üzləşdiyi bildirilib.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza üzrə direktoru Tomas Uayt agentliyin “X” sosial media platformasında paylaşım edib: “Qəzzada yemək və su tapmaq - həyatda qalmaq üçün hər gün mübarizə aparılır.

  Qəzza zolağı fəlakətli aclıq yaşayır. Əhalinin 40 faizi hazırda aclıq təhlükəsi yaşayır. Həqiqət budur ki, Qəzza xalqı üçün daha çox yardıma ehtiyacımız var və qalan yeganə ümid humanitar atəşkəsdir”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam birlikləri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə əksəriyyəti uşaq olmaqla 21.300-dən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr