Nigeriyada silahlıların hücumunda 100-dən çox adam öldü

Bokkos bölgəsinin rəhbəri Monday Kasa verdiyi açıqlamada silahlıların Plateu əyalətinin Bokkos və Barkin-Ladi bölgələrindəki kəndlərə hücum etdiyini deyib.

2080668
Nigeriyada silahlıların hücumunda 100-dən çox adam öldü

Nigeriyanın Plateu əyalətində silahlıların kəndlərə hücumu nəticəsində 100-dən çox adam ölüb.
Bokkos bölgəsinin rəhbəri Monday Kasa verdiyi açıqlamada silahlıların Plateu əyalətinin Bokkos və Barkin-Ladi bölgələrindəki kəndlərə hücum etdiyini deyib.
Hücumlarda 100-dən çox insanın həyatını itirdiyini və yaralandığını söyləyən Kasa çox sayda adamın da girov götürüldüyünü bildirib.
Kasa girov götürülənlərin tapılması üçün bölgəyə çox sayda təhlükəsizlik xidməti əməkdaşının göndərildiyini qeyd edib.
Hücumlarda çox sayda  evin yandırıldığını ifadə edən Kasa silahlıların kənddəki ərzaq məhsullarını da ələ keçirdiklərini dilə gətirib.
Qeyd edək ki, Plateu əyalətinin Valisi hücumları qınayaraq təhlükəsizlik qüvvələrinə cinayətkarların dərhal saxlanılması ilə əlaqədar göstəriş verib.



Әlaqәli Xәbәrlәr