Çexiyada bir günlük matəm elan edilib

Çexiya hökuməti Praqadakı Karl Universitetində atışma nəticəsində həlak olanların xatirəsinə dekabrın 23-nü matəm günü elan edib.

2079455
Çexiyada bir günlük matəm elan edilib

Çexiya hökuməti Praqadakı Karl Universitetində atışma nəticəsində həlak olanların xatirəsinə dekabrın 23-nü matəm günü elan edib.

Bu barədə ölkənin Baş naziri Petr Fiala bildirib.

Çex Respublikasının daxili işlər naziri Vit Rakuşan deyib ki, Praqada baş verən atışmanın beynəlxalq terrorizmlə əlaqəsi yoxdur.

Onun sözlərinə görə, hazırda bu hadisənin beynəlxalq terrorla əlaqəli olmasına dair heç bir sübut yoxdur. Nazir polisin hadisə yerində uzun müddət çalışacağını vurğulayıb.

Qeyd edək ki, Praqanın mərkəzində tələbə D.Kozak silahla universitetə gələrək ətrafındakıları güllələyib. Hadisə Karl Universitetinin dördüncü mərtəbəsində baş verib. Ən azı 15 ölü və 30-dan çox yaralının olduğu bildirilir. İlkin məlumata əsasən, hadisə yerinə onlarla polis maşınının gəldiyini görən D.Kozak özünü güllələyib.



Әlaqәli Xәbәrlәr