“Avropa İttifaqı Macarıstanı şantaj edir”, V.Orban

V.Orban mətbuat konfransında bildirib ...

2079734
“Avropa İttifaqı Macarıstanı şantaj edir”, V.Orban

 

  Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Komissiyasını “qanunun aliliyi ilə bağlı narahatlıqlar”a görə ölkəsi üçün milyardlarla avro vəsaiti donduraraq şantajda ittiham edib.

  V.Orban mətbuat konfransında bildirib: "Bizim fikrimizcə, Macarıstan qanunun bütün maddələrini yerinə yetirir. Avropa İttifaqı Komissiyasından xüsusi tələblər olduqda da, həyata keçirir və əməkdaşlıq edirik.

  Aİ həqiqətən şantajla məşğuldur. Bunu Avropa Parlamenti (AP) üzvləri də qəbul edir. Şantaj qarşısında Macarıstanın maraqlarını qorumaq üçün əlimdən gələn hər şeyi etdiyim üçün heç kim məni günahlandıra bilməz”.

  Qeyd edək ki, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını və 50 milyard avro dəyərində yeni maliyyə yardımı paketini dəstəkləmir.

  Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlaması ilə bağlı qərar 2023-cü il dekabrın 14-15 tarixlərində Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Toplantısında Viktor Orbanın Almaniyanın kansleri Olaf Şolz tərəfindən qəhvə içmək üçün salondan çıxarılması ilə qəbul edilib.

  “Ukraynaya yeni 50 milyard avroluq yardım paketi Aİ büdcəsindən təmin edilməməlidir” deyən Orban sammitdə sözügedən paketə veto qoyub.

  Aİ ölkələri dövlət başçılarının 2024-cü il fevralın 1-də keçirəcəyi gözlənilən fövqəladə sammitdə Ukraynaya 50 milyard avro maliyyə yardımı məsələsi yenidən müzakirə olunacaq. Bildirilir ki, V.Orban razılaşmasa, yekdillik tələb etməyən digər düsturlar da nəzərdən keçirilə bilər.

  Xatırladaq ki, Aİ Komissiyası 2022-ci ilin dekabrında Macarıstanda “qanunun aliliyi ilə bağlı narahatlıqlar”a görə Aİ-nin ümumi büdcəsindən bu ölkəyə ayrılan milyardlarla avronu dondurulmuşdu. Macarıstanın Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlamasına veto qoymaması ilə bağlı aparılan danışıqların bir hissəsi olaraq dekabrın 13-də bu dondurulmuş vəsaitin 10,2 milyard avrosu sərbəst buraxılıb. Bildirilir ki, Aİ hələ də Macarıstana ayırdığı 21 milyard avronu dondurmaqda davam edir.



Әlaqәli Xәbәrlәr