“Google” “Android”in “Google Play Store”una uduzdu

San-Fransisko federal məhkəməsindən açıqlanan məhkəmə sənədlərində yazılır ...

2078933
“Google” “Android”in “Google Play Store”una uduzdu

 

  Amerika texnologiya nəhəngi “Google” “Android” proqram mağazası “Google Play Store” ilə rəqabəti boğmaq ittihamı ilə ona qarşı açılan antiinhisar iddiasında 700 milyon dollar ödəməyə razılaşıb.

  San-Fransisko federal məhkəməsindən açıqlanan məhkəmə sənədlərində “Google”un istehlakçılara 630 milyon dollar, ABŞ-ın ştatlarına isə 70 milyon dollar ödəməyə razı olduğu bildirilib.

  Bundan əlavə, “Google” yaxın 5 il ərzində müştərilərinə “Play Store”dan başqa platformalardan “Android” cihazlarına proqramlar yükləməyə icazə verəcək.

  “Google”a qarşı açılan antiinhisar iddiasında o, tətbiqlərə qeyri-qanuni məhdudiyyətlər qoyaraq müştərilərinə əlavə ödənişlər tətbiq etməkdə təqsirləndirilib.

  “Google” həmçinin tətbiqdaxili satınalmalarda 15-30 faiz komissiya alır.

  Qeyd edək ki, ABŞ-da yerləşən video oyun istehsalı və inkişafetdirmə şirkəti olan “Epic Games” dekabrın 11-də tətbiqdaxili ödənişlərə görə “Google”a qarşı qaldırdığı antiinhisar işini qazanmışdı.



Әlaqәli Xәbәrlәr