İsrailin Qəzzaya hücumları davam edir

İsrailin hücumları Qəzzanın cənubundakı Rəfah şəhərində cəmləşib.

2078209
İsrailin Qəzzaya hücumları davam edir

İsrailin hücumları Qəzzanın cənubundakı Rəfah şəhərində cəmləşib.

Hücumlarda aralarında qadın və uşaqların da olduğu ən azı 25 fələstinli həlak olub.

Həyatını itirən fələstinlilər arasında jurnalist Adil Zarab da var. Oktyabrın 7-dən bəri İsrailin hücumlarında həyatını itirən fələstinli jurnalistlərin sayı 96-ya yüksəlib.

İsrail ordusu Rəfahdan əlavə Nuseyrat qaçqın düşərgəsi, Xan Yunus və Deyr-Bələh bölgələrini də bombalayıb.

Qəzzada qarşıdurmalar davam edir.

Qassam Briqadaları İsrail əsgərlərini daşıyan maşını hədəfə aldıqları videonu paylaşıblar. Xan Yunisin şərqindəki hücumda idarə olunan tank əleyhinə raketlərdən istifadə edilib.

Hücum nəticəsində ölən və yaralanan İsrail əsgərlərinin olduğu açıqlanıb. İsrail Qəzzada baş verən qarşıdurmalarda daha 2 əsgərinin həlak olduğunu açıqlayıb. Bir gündə öldürüldüyü açıqlanan İsrail əsgərlərinin sayı isə 7 olub.

Atəşkəs razılaşması yenidən gündəmdədir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi yeni mübadilə sazişinin imzalanmaq üzrə olduğunu iddia edib.

"Həmas" isə İsrailin hücumlarına son qoyması şərti ilə Qəzzada əsir mübadiləsinə açıq olduğunu açıqlayıb.

Oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində 19 min 453 fələstinli ölüb, 52 min 286 nəfər yaralanıb.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 129-u quru işğalı prosesində olmaqla 461 əsgərinin öldürüldüyünü açıqlayıb.

Humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli əsir qarşılıqlı olaraq azad edilib.



Әlaqәli Xәbәrlәr