Olaf Şolts koronavirusa yoluxub

Almaniya Kansleri Olaf Şoltsun koronavirus testi müsbət çıxıb.

2077962
Olaf Şolts koronavirusa yoluxub

Almaniya Kansleri Olaf Şoltsun koronavirus testi müsbət çıxıb.

Bu barədə siyasətçi “X” sosial şəbəkəsində məlumat verib.

“Covid-19 üçün test müsbət çıxdı. Simptomlar yüngüldür. Xəstəliyin yüngül keçəcəyini gözləyirəm”, - o qeyd edib.

Şolts işinə davam edəcəyini bildirib.

Hökumət sözçüsü Steffen Hebestreit Berlində jurnalistlərə bildirib ki, Baş nazir Şolts bu gün və sabahkı təkbətək görüşləri, o cümlədən Slovakiyanın Baş naziri Robert Fiko ilə sabah planlaşdırılan görüşü ləğv edilib.

Hebestreit kansler Şoltsun ​​rəsmi vəzifələrini telefon və video konfrans vasitəsilə davam etdirəcəyini, lakin üzbəüz görüşlərin olmayacağını vurğulayıb.


Etiketlәr: #Covid-19 , #Olaf Şolts

Әlaqәli Xәbәrlәr