Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı artmaqda davam edir
Bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb.
Bu il Nigeriyada Lassa qızdırmasından həyatını itirənlərin sayı 200 nəfərə çatıb.
Bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb. Mәlumatda 1yanvar-31 dekabr tarixlәri arasında Lassa qızdırmasının paytaxt Abuca ilә yanaşı ölkәnin 28 әyalәtindә qeydә alındığı bildirilib. Mәlumatda hәmçinin sözügedәn dövrdә 1170 Lassa qızdırmasına yoluxma faktının qeydә alındığı, onlardan 200 nәfәrin hәyatını itirdiyi vurğulanıb.
Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.
Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınmışdı.
Qeyd edәk ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.