Serbiyada Fələstinə dəstək nümayişi keçirilib

Serbiyanın paytaxtı Belqradda qadağan olunsa da, təxminən 200 nəfərin iştirakı ilə Fələstinə dəstək nümayişi keçirilib.

2074875
Serbiyada Fələstinə dəstək nümayişi keçirilib

Serbiyanın paytaxtı Belqradda qadağan olunsa da, təxminən 200 nəfərin iştirakı ilə Fələstinə dəstək nümayişi keçirilib.

Belqrad polisi təhlükəsizlik baxımından buna icazə verməsə də, “Fələstin xalqına dəstək - Serbiya” təşəbbüsünün üzvləri hökumət binası qarşısına toplaşıblar.

Nümayişçilər Fələstin və Serbiyanın bayraqlarını qaldırıb və “Azad Fələstin” kimi şüarlar səsləndiriblər.

Fələstinə dəstək və həmrəylik nümayişində iştirak edənlər əllərində “Qəzzanı bombalamağı dayandırın, işğalı dayandırın”, “İsrail uşaqları öldürür”, “Uşaqları bombalamaq özünümüdafiə deyil”, “Dərhal atəşkəs” şüarlarının yazıldığı plakatlar qaldırıblar.

Böyük Britaniyanın Belqraddakı səfirliyinə doğru yürüş edən nümayişçilər İngiltərə rəhbərliyinin İsraili dəstəkləməsinə reaksiya veriblər.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qlınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq olmaqla 17 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr