Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür

Ümumdünya Səhiyyə Təşkilatının Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Peperkorn bildirib ...

2072945
Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür
gazze cocuk1.jpg
gazze cocuk.jpg

 

  Ümumdünya Səhiyyə Təşkilatının Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Peperkorn Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn qatılaraq İsrailin blokadası və intensiv hücumları altında olan Qəzzada vəziyyətlə bağlı qiymətləndirmələr edib.

  Oktyabrın 7-dən bu yana Qəzzada təxminən 16 min adamın öldürüldüyünü xatırladan Peperkorn deyib: "Ölənlərin 60 faizdən çoxu qadın və uşaqlardır. 42 mindən çox adam yaralanıb.

  Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür. Bu mənada insanlığın ən qaranlıq nöqtəsinə girmişik. Qəzzada daimi atəşkəsə ehtiyac var”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam birləşmələri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” hücumuna keçdi. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladı. Artan gərginlikdə əksəriyyəti uşaq olmaqla 16 minə yaxın fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr