Tanzaniyada sel və torpaq sürüşmələri ölümlərə bais oldu

Ölkə mətbuatında yer alan xəbərlərə görə ...

2072243
Tanzaniyada sel və torpaq sürüşmələri ölümlərə bais oldu

 

 

  Tanzaniyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 47 nəfər həyatını itirib.

  Ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalındakı Manyara bölgəsində leysan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

  Manyara bölgə komissarı Quin Sendiqa sel və torpaq sürüşmələri nəticəsində 47 nəfərin həyatını itirdiyini, 85 nəfərin isə yaralandığını bildirib.

  Bölgədə axtarış-xilasetmə işləri davam edir.

  Qeyd edək ki, Kateş və Hananq kəndlərində baş verən sürüşmə nəticəsində 100-ə yaxın ev dağılıb və zədələnib.



Әlaqәli Xәbәrlәr