Cənubi Afrika Fələstinlə Qlobal Həmrəylik Konfransına ev sahibliyi edir

Yohannesburqdakı Kordoba Konqres Mərkəzində keçirilən tədbirdə Asiyadan Latın Amerikasına qədər 50-dən çox ölkədən nümayəndə heyətləri, Fələstinin qurum və təşkilatlarının təmsilçiləri iştirak edir

2072375
Cənubi Afrika Fələstinlə Qlobal Həmrəylik Konfransına ev sahibliyi edir

 

  Cənubi Afrika Respublikası dekabrın 3-də başlayan və ayın 5-dək davam edən V Fələstinlə Qlobal Həmrəylik Konfransına ev sahibliyi edir.

  Yohannesburqdakı Kordoba Konqres Mərkəzində keçirilən tədbirdə Asiyadan Latın Amerikasına qədər 50-dən çox ölkədən nümayəndə heyətləri, Fələstinin qurum və təşkilatlarının təmsilçiləri iştirak edir.

  Konfransın iştirakçıları arasında Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul millət vəkili Həsən Turan və rəhbərlik etdiyi nümayəndə heyəti də var.

  40-dan çox ölkədən Fələstinə dəstək verən bir çox qeyri-hökumət təşkilatını (QHT) eyni çətir altında birləşdirən Fələstinə Qlobal Qayıdış Kampaniyası çərçivəsində keçirilən konfrans irqçilik və ayrı-seçkiliklə mübarizənin qlobal simvollarından biri olmuş Nelson Mandelanın vəfatının 10-cu ildönümü münasibətilə keçirilir.

  İsraili soyqırımda günahlandırıb Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edən, diplomatlarını Tel-Əvivdən geri çəkən, parlamentində İsrailin Pretoriyadakı səfirliyinin bağlanmasına qərar verən Cənubi Afrika Fələstin məsələsinə “aparteidlə mübarizə” missiyasl olaraq yanaşır.

  Tədbirdə çıxış edən Həsən Turan iştirakçılara Fələstin məsələsini hər platformada müdafiə edən prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqının salamlarını çatdırıb və mübarizəsi ilə məzlum və istismar olunan millətlərə nümunə olan Mandelanın ölkəsində olmaqdan məmnunluğunu ifadə edib.

  Fələstinlə qlobal həmrəyliyin müxtəlif aspektlərinin müzakirə edildiyi iclaslarla davam edən konfrans paytaxt Pretoriyada “Fələstinlə həmrəylik” mitinqi ilə yekunlaşacaq.



Әlaqәli Xәbәrlәr