Sergey Lavrov: ''Qəzza zolağındakı vəziyyət çox ağırdır''

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qəzza zolağındakı vəziyyətin çox ağır olduğunu bildirib.

2071646
Sergey Lavrov: ''Qəzza zolağındakı vəziyyət çox ağırdır''

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qəzza zolağındakı vəziyyətin çox ağır olduğunu bildirib.
Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclasından sonra mətbuat konfransı keçirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağındakı vəziyyətin çox ağır olduğunu və Birləşmiş Millətlər Təşkilatının məlumatlarının dəhşətli olduğunu vurğulayıb.
“Qəzzada öldürülən mülki vətəndaşların və uşaqların sayı 6 mini keçib.Ölən qadınların sayı 4 mindən çoxdur'',-deyə Sergey Lavrov vurğulayıb..
Sergey Lavrov İsrailin təhlükəsizliyinin təmin olunmasının tərəfdarı olduqlarını ifadə edərək deyib: "İsrailin təhlükəsizliyi kövrək vəziyyətdədir. Buna səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Fələstin dövlətinin qurulması ilə bağlı qərarlarının yerinə yetirilməməsidir".
İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla  15 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr