Dünya İqlim Fəaliyyəti Sammiti öz işinə başlayıb

BƏƏ-nin rəsmi agentliyi olan WAM-ın xəbərinə görə, "Expo City Dubai"də başlayan konfrans dekabrın 12-dək davam edəcək.

2071150
Dünya İqlim Fəaliyyəti Sammiti öz işinə başlayıb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammiti öz işinə başlayıb.

BƏƏ-nin rəsmi agentliyi olan WAM-ın xəbərinə görə, "Expo City Dubai"də başlayan konfrans dekabrın 12-dək davam edəcək.

Bu il BƏƏ-nin sədrlik etdiyi COP28-də 180-dən çox dövlət və hökumət başçısı iştirak edir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı iqlim dəyişikliyi ilə bağlı illik qiymətləndirmələrin aparılması üçün hər il fərqli bir ölkədə keçirilir.



Әlaqәli Xәbәrlәr