Mariya Zaxarova ''Həmas''a təşəkkür edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Fələstinin ''Həmas'' müqavimət hərəkatına rusiyalı girovları azad etdiyinə görə minnətdardır.

2071012

Mariya Zaxarova deyib:“Həmas ilə əldə olunan razılaşmaya əsasən, noyabrın 29-da Qəzza zolağında girov götürülən Yelena Trufanova və İrina Tatti adlı vətəndaşlarımız azad edilib. Davamlı müraciətlərimizə müsbət cavab verdikləri üçün ''Həmas''a minnətdarıq. Qəzza zolağında saxlanılan digər vətəndaşlarımızın ən qısa zamanda azad edilməsi üçün səylərimizi davam etdirəcəyik''.

Noyabrın 29-da ''Həmas'' iki Rusiya vətəndaşının azad edilərək Qırmızı Xaç Komitəsinə təhvil verildiyini açıqlayıb. Noyabrın 26-da ''Həmas'' İsrail və Fələstin arasında əsir mübadiləsi razılaşmasından asılı olmayaraq Ron Krivoy adlı rus girovu azad edib. Mariya Zaxarova ''Həmas''ın bu addımını xoş niyyət əlaməti kimi qiymətləndirib.

Әlaqәli Xәbәrlәr