Mədəndəki lift qırıldı, ölən və yaralananlar var

Cənubi Afrikanın Rustenburq şəhərindəki mədəndə işçiləri daşıyan liftin qırılması nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb.

2070038
Mədəndəki lift qırıldı, ölən və yaralananlar var

Cənubi Afrikanın Rustenburq şəhərindəki mədəndə işçiləri daşıyan liftin qırılması nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb.
Şimal-Qərb əyalətinin Rustenburq şəhərindəki mədəndə işçiləri daşıyan liftin qırılaraq təxminən 200 metr hündürlükdən aşağı düşdüyü bildirilib.
Şirkətdən verilən açıqlamada 86 işçinin olduğu liftdə 11 işçinin öldüyü, 75 işçinin isə yaralanaraq xəstəxanaya aparıldığı qeyd olunub.
Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir və şirkətin bölgədəki bütün mədən fəaliyyəti dayandırılıb.



Әlaqәli Xәbәrlәr