Nəcib Mikati: "Biz müharibə istəmirik"

Livanın Baş naziri Nəcib Mikati İsrailin ölkəsinin cənubuna hücumlarına işarə edərək, "Biz müharibə istəmirik" deyib.

2069181
Nəcib Mikati: "Biz müharibə istəmirik"

Livanın Baş naziri Nəcib Mikati İsrailin ölkəsinin cənubuna hücumlarına işarə edərək, "Biz müharibə istəmirik" deyib.

Baş nazir Mikati "TRT Ərəb" telekanalına verdiyi açıqlamada İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabrdan sonra ölkəsinin cənubunda Hizbullah ilə İsrailin qarşılıqlı hücumlarını qiymətləndirib.

Livan-İsrail sərhədində  silah avadanlıqlarından istifadə qaydalarının dəyişmədiyinə, lakin əmin ola biləcəklərinə dair heç bir beynəlxalq zəmanətin olmadığına diqqət çəkən Mikati “Biz müharibə istəmirik, sülh istəyirik, amma heç kimin Livan torpaqlarına hörmətsizlik etməsini istəmirik" deyib.

Fələstinin haqq işini sona qədər dəstəklədiklərini, lakin Livanı qanlı müharibələrdən qorumağa çalışdıqlarını ifadə edən Mikati bundan deyib: "Deportasiya və dağıtma kimi cinayətlər törədən, uşaqları, qadınları və qocaları öldürən psixologiyaya malik düşmən İsrailə qarşı hansı zəmanətlər verilə bilər? Əslində Qəzzaya qarşı bu hücumların olduğunu görə bilərik. Hər gün baş verir və onlara qarşı heç bir beynəlxalq reaksiya yoxdur”.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb.



Әlaqәli Xәbәrlәr