Fələstinli xəstə və cəsədlər qaçırıldı

Qəzza zolağındakı Şifa xəstəxanasının həkimi Mutez Harara İsrail ordusunun xəstəxanaya basqını zamanı baş verənlərlə bağlı Türkiyə mətbuatına məlumat verib

2068838
Fələstinli xəstə və cəsədlər qaçırıldı

 

  İsrail hərbi qüvvələrinin Qəzza zolağındakı Şifa xəstəxanasından fələstinli xəstə və cəsədləri qaçırdığı bildirilib.

  Qəzza zolağındakı Şifa xəstəxanasının həkimi Mutez Harara İsrail ordusunun xəstəxanaya basqını zamanı baş verənlərlə bağlı Türkiyə mətbuatına məlumat verib.

  Basqın zamanı İsrail əsgərlərinin tibb işçilərinə hücum etdiyini söyləyən Harara xəstə və cəsədlərdən əsgərlər tərəfindən aparıldığını bildirib: “İsrail ordusu xəstəxanada elektrik enerjisini kəsib və tibbi avadanlıqları yararsız hala saldı. Əsgərlər xəstəxanadan çıxmazdan əvvəl generator və tibbi avadanlıqların yerləşdiyi bölmələri partlatdı”.

  Digər fələstinli həkim Mustafa Sekik basqın zamanı İsrail əsgərlərinin xəstəxanada olanların yerlərindən tərpənməsinə belə icazə vermədiyini, insanların bu müddət ərzində ac qaldığını söylədi.

  Xatırladaq ki, noyabrın 15-i səhər saatlarında İsrail ordusu Qəzzada minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanasına basqın edib. Sonra İsrailin tunel və sursat anbarları yerinə binada tapdığını iddia etdiyi paslı silahları və bir neçə kameranı sübut kimi təqdim etməsi tənqidlərə səbəb oldu.

  İsrail ordusu Şifa xəstəxanasında olanlardan maşın şəkildə xəstəxananı boşaltmalarını istəmiş, lakin yaralıların və xəstələrin bir qisminin yeriməsi mümkün olmadığından bir neçə həkim və səhiyyə işçisi xəstəxanada qalmışdı.

  Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanasını zəbt etdikdən 10 gün sonra İsrail qüvvələri noyabrın 25-də xəstəxananın bəzi hissələrini sökərək oradan geri çəkilib. Xəstəxananın tibbi avadanlıqları, o cümlədən generator, rentgen aparatı və oksigen nasosları olan bölmələr partladılıb.

  Qəzzada humanitar fasilə qüvvəyə minməzdən əvvəl İsrail ordusu Şifa xəstəxanasının bir neçə binasını bombalamışdı.



Әlaqәli Xәbәrlәr