Somalidə daşqınlar nəticəsində ölənlərin sayı 53-ə yüksəlib

Somalidə güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.

2066941
Somalidə daşqınlar nəticəsində ölənlərin sayı 53-ə yüksəlib

Somalidə güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.

Somali Fəlakətlərin İdarə Olunması Agentliyinin (SODMA) sədri Mohamud Moallin Abdulle mətbuata verdiyi açıqlamada 1,5 milyon insanın həddindən artıq yağış və daşqınlardan zərər çəkdiyini, 5 mindən çox evin dağıldığını bildirib.

Abdulle təbii fəlakət nəticəsində 53 nəfərin həyatını itirdiyini qeyd edib.

Somalidəki fəlakət Hiraan, Bakol, Bay və Gedo bölgələrində təsirli olub.

Daşqınlardan heyvandarlıq və əkinçilik sahələri də zərər çəkib.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

Keniya həddindən artıq yağışla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Daşqınlardan sonra Somalinin bəzi bölgələrində "fövqəladə vəziyyət" elan edilib.


Etiketlәr: #daşqın , #Keniya , #Somali

Әlaqәli Xәbәrlәr