Şarl Mişel Ukraynaya səfər edib

Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişel  Maydan hadisələrinin 10-cu ildönümündə Aİ-nin dəstəyini vurğulamaq üçün Ukraynanın paytaxtı Kiyevə səfər edir.

2067022
Şarl Mişel Ukraynaya səfər edib

Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişel  Maydan hadisələrinin 10-cu ildönümündə Aİ-nin dəstəyini vurğulamaq üçün Ukraynanın paytaxtı Kiyevə səfər edir.
Şarl Mişel Aİ tərəfdarlarının Ukraynada rusiyayönlü hökumətə qarşı başlatdığı nümayişlərin 10-cu ildönümündə Kiyevə gedib.
Ukraynada 2013-cü ilin noyabrında prezident Viktor Yanukoviç administrasiyasının Aİ ilə tərəfdaşlıq sazişini ləğv etməsindən sonra Avropaya inteqrasiya tərəfdarları küçələrə axışıb.
Aylarla davam edən və polisin müdaxiləsi nəticəsində onlarla insanın ölümü ilə nəticələnən “Maydan hadisələri”ndən sonra V.Yanukoviç 2014-cü ilin fevralında Ukraynanı tərk edərək Rusiyaya gedib.
Bundan qısa müddət sonra 2014-cü ilin fevralında Krım Muxtar Respublikasında və Qara dənizin strateji bölgəsi olan Sevastopolda hərəkətlilik başladı. 2014-cü il fevralın 27-də Krım Muxtar Respublikasının parlamenti və Krım hökumət binaları gerbsiz hərbi forma geyinmiş rusiyayönlü silahlı milislər tərəfindən ələ keçirilib. Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqı prosesi 2014-cü il martın 16-da yarımadada keçirilən qondarma referendumla başa çatıb.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Ukraynaya Avropa İttifaqına  namizəd ölkə statusu verilib. Ukraynanın Aİ-yə üzvlük danışıqlarının başlaması ilə bağlı qərarın Aİ liderləri tərəfindən 2023-cü ilin dekabrında qəbul ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr