Martin Qriffits Əfqanıstana qayıdanlar üçün xüsusi fond yaratdıqlarını açıqladı

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Əfqanıstana qayıdanlar üçün 10 milyon dollarlıq xüsusi fond yaratdıqlarını bildirib.

2067063

Bu barədə Martin Qriffits rəsmi internet səhifəsində paylaşım edib.
“Sentyabrın ortalarından etibarən 300 mindən çox əfqan Pakistandan Əfqanıstana qayıdıb”,-deyə Martin Qriffits paylaşımında qeyd edib.
Sözügedən insanlar üçün BMT-nin Mərkəzi Fövqəladə Hallara Müdaxilə Fondundan 10 milyon dollarlıq xüsusi bir fond ayırdıqlarını ifadə edən Qriffits  bu fondun əsas humanitar ehtiyacları ödəmək üçün yaradıldığını ifadə edib.

Әlaqәli Xәbәrlәr