İsrailin Qəzzaya hücumları davam edir

İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 5 min 600-ü uşaq, 3 min 550-si qadın olmaqla 13 min 300 nəfər olub.

2066776
İsrailin Qəzzaya hücumları davam edir

İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 5 min 600-ü uşaq, 3 min 550-si qadın olmaqla 13 min 300 nəfər olub.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzada məcburi köçkün olan fələstinlilərin qaldığı məktəb və 9 evi hədəf alıb, çoxlu sayda ölən və yaralanan var.

Qəzza hökumətinin Media İdarəsi "Telegram" hesabında hücumların 45-ci günündə Qəzza zolağında ölən və yaralananların sayı və dağıntılarla bağlı son vəziyyəti paylaşıb.

Buna görə 7 oktyabrdan bəri davam edən hücumlarda 13 min 300 adam həyatını itirdib, ölənlərin 5600-ü uşaq, 3550-si isə qadındır.

Hücumlarda 201 həkim, tibb bacısı, ilk yardım işçisi və 60 jurnalist ölüb, yaralananların sayı isə 31 min olub.

Dağıntılar altında və küçələrdə olan cəsədlərlə birlikdə həlak olanların sayı 6500-ü ötüb. Bunlardan 4400-dən çoxu qadın və uşaqdır.

İndiyədək İsrailin hücumlarında 98 hökumət binası və 266 məktəb hədəfə alınıb, 66 məktəb isə sıradan çıxıb.

Bombalanan 170 məsciddən 83-ü tamamilə dağıdılıb.

Daha əvvəl 225 min evin qismən dağıldığı, 43 min evin isə tamamilə dağıldığı barədə məlumat yenilənməyib.

Bu arada, İsrail ordusundan verilən açıqlamada son 24 saat ərzində Qəzza zolağında təxminən 250 nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib.

Açıqlamada vurulan yerlərin "Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid “hədəflər” olduğu iddia edilib.



Әlaqәli Xәbәrlәr