İsrail Qəzzaya 45-ci gündə də fasiləsiz zərbələr endirib

İsrail döyüş təyyarələri Qəzza zolağına qarşı hücumların 45-ci günündə də şəhərin müxtəlif yerlərini bombalamağa davam edib.

2066113
İsrail Qəzzaya 45-ci gündə də fasiləsiz zərbələr endirib

İsrail döyüş təyyarələri Qəzza zolağına qarşı hücumların 45-ci günündə də şəhərin müxtəlif yerlərini bombalamağa davam edib.
Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Qəzzanın cənubundakı Xan Yunis şəhərinin şimal-qərbinə endirilən hava zərbələri nəticəsində onlarla insan həlak olub.

İsrail döyüş təyyarələri tərəfindən onlarla raketin atıldığı Xan Yunus qəsəbəsi Hamed yaşayış məntəqəsi ətrafında əksəriyyəti uşaq və qadınlar olmaqla onlarla insan həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Hava zərbələri Xan Yunisin şərqindəki Beni Sehila qəsəbəsinə də endirilib.

İsrail artilleriyasının Qəzza şəhərinin cənubundakı Zeytun rayonundakı Askula məntəqəsini hədəfə alması nəticəsində ölən və yaralananlar olub.

Yenə Sabra rayonunun bombardmanı zamanı onlarla insan dağılmış binaların dağıntıları altında qalıb. Yağışlı hava və mülki müdafiə və xilasetmə qruplarının nəqliyyat vasitələrinin məhdud olması səbəbindən dağıntılar altında qalanlar hələ də çıxarıla bilməyib.

Şihab agentliyinin Qəzzada baş verənlərlə bağlı verdiyi anlıq məlumata görə isə, İsrail döyüş təyyarələri İndoneziya xəstəxanasının ətrafını şiddətli bombardmana məruz qoyub.

Hücumlar nəticəsində xəstəxananın daxilində və xaricində çoxlu sayda insan yaralanıb.

Xəstəxana direktoru Əl-Cəzirə telekanalına verdiyi açıqlamada 140 çarpayılıq xəstəxanada 650 xəstənin müalicə aldığını bildirib.



Әlaqәli Xәbәrlәr