Hollandiyada Fələstinə dəstək aksiyaları keçirilib

Yerli vaxtla saat 18:00-da paytaxt Amsterdamın mərkəzi qatar stansiyasında keçirilən nümayişdə "Azad Fələstinə" və "Çaydan dənizə Azad Fələstin'' şüarları səsləndirilib.

2065512
Hollandiyada Fələstinə dəstək aksiyaları keçirilib

Hollandiyanın bir çox şəhərlərində Fələstinə dəstək aksiyaları keçirilib. 
Yerli vaxtla saat 18:00-da paytaxt Amsterdamın mərkəzi qatar stansiyasında keçirilən nümayişdə "Azad Fələstinə" və "Çaydan dənizə Azad Fələstin'' şüarları səsləndirilib.
Fələstin bayraqları daşıyan və atəşkəslə bağlı çağırış edən nümayişçilər Hollandiya hökumətinin İsraili dəstəkləməsinə reaksiya veriblər.
Nümayişçilər Fələstində həyatını itirənləri bir dəqiqəlik sükutla yad edib, daha sonra birlikdə dua ediblər.
Amsterdamla eyni vaxtda Rotterdam, Eyndhoven, Nijmegen, Haaqa, Utrext, Breda və Hollandiyanın bir çox başqa şəhərlərində oturaq etiraz aksiyaları keçirilib.



Әlaqәli Xәbәrlәr