Bütün dünyada Fələstinə dəstək nümayişləri davam edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda çox sayda insan Ağ Evin yaxınlığında toplaşaraq Fələstinə dəstək nümayişi keçirib.

2065027
Bütün dünyada Fələstinə dəstək nümayişləri davam edir

Bütün dünyada Fələstinə dəstək nümayişləri davam edir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda çox sayda insan Ağ Evin yaxınlığında toplaşaraq Fələstinə dəstək nümayişi keçirib.
Vaşinqtondakı Hovard Universitetinin tələbələri də İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.
Almaniyanın paytaxtı Berlində keçirilən aksiyada nümayişçilər  “Fələstinə azadlıq”, “Ayıb olsun” və “Atəşkəs indi” şüarlarının yazıldığı pankartlar qaldırıblar. Nümayişdə Qəzzada minlərlə uşaq və qadının öldürüldüyü diqqətə çatdırılıb və Almaniya hökumətinin İsrailə dəstəyi tənqid edilib.
Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü nümayiş insidentsiz başa çatıb.
İngiltərə parlamentinin qarşısına toplaşan minlərlə insan Fələstinin lehinə şüarlar səsləndirib və dərhal atəşkəsə çağırıb.
Atəşkəs çağırışı üçün parlamentin qarşısına toplaşanlar arasında Londonda yaşayan ortodoks yəhudilər də olub.
Çexiyanın paytaxtı Praqada da Fələstinə dəstək nümayişi keçirilib.
''Old Town'' meydanına toplaşan nümayişçilər “Fələstinə azadlıq” yazılmış pankartlar qaldırıb və Fələstin bayraqları ilə Fələstinə dəstəklərini bəyan ediblər.



Әlaqәli Xәbәrlәr