Braziliyada Fələstinə dəstək aksiyası keçirilib

Braziliyada yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz etmək və Fələstinə dəstək olmaq üçün ABŞ Konsulluğuna doğru yürüş ediblər.

2063253
Braziliyada Fələstinə dəstək aksiyası keçirilib

Braziliyada yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz etmək və Fələstinə dəstək olmaq üçün ABŞ Konsulluğuna doğru yürüş ediblər.
Rio-de-Janeyroda toplaşan yüzlərlə adam əllərində Fələstin bayraqları ilə ABŞ Konsulluğuna doğru yürüş edərək qırmızı rəngə boyanmış İsrail və ABŞ bayraqlarını yandırıblar.
Məlumata görə, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
ABŞ Konsulluğuna yaxınlaşmaq istəyən nümayişçilərə polis müdaxilə edib və nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Fələstinə dəstək şüarları səsləndirən nümayişçilər İsrailin hücumlarına reaksiya verib.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr