Almaniyada oktyabrın 7-dən sonra məscidlərə hücumlar artıb

Mövzu ilə bağlı hesabat hazırlayan Türkiyə-İslam Diyanət Birliyinin (DİTİB) baş katibi Eyüp Kalyon bunun səbəblərindən birinin aparıcı medianın qərəzli xəbərləri olduğunu söyləyərək deyib ...

2062175
Almaniyada oktyabrın 7-dən sonra məscidlərə hücumlar artıb

 

  Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra Avropanın bir sıra şəhərlərində olduğu kimi, Almaniyada da məscidlərə hücumlar çox artıb.

  Mövzu ilə bağlı hesabat hazırlayan Türkiyə-İslam Diyanət Birliyinin (DİTİB) baş katibi Eyüp Kalyon bunun səbəblərindən birinin aparıcı medianın qərəzli xəbərləri olduğunu söyləyərək deyib: “Anti-müsəlman əhval-ruhiyyəsi ifrat sağçı siyasətçilərin təbliğatı ilə gücləndirilib... Ayrıseçkiliklə mübarizə mərkəzimizin hesabatına görə, 2023-cü ilin əvvəlindən bu yana məscidlərə 81 hücum olub. Onların demək olar ki, yarısı oktyabrın 7-dən sonra qeydə alınıb.

  Hücumlar irqçi mesajlar, İslamın müqəddəs kitabı Qurana hörmətsizlik və müsəlmanlara aqressivliklə bağlıdır.

  Almaniya hökuməti və səlahiyyətliləri ölkədəki məscidlərin təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görməyə çağırırıq.

  Federal hökumət digər ibadət yerləri - kilsələr və sinaqoqlarda olduğu kimi, məscidlərin də təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır.

  Azad şəkildə ibadət üçün məscidlərin təhlükəsizliyi təmin olunmalıdır.

  İrqçi hücumlar o qədər artıb ki, Almaniya küçələrində hicablı müsəlman qadınlara qarşı fiziki və şifahi təhqirlər olur”.

  Qeyd edək ki, Qərbi Avropada Fransadan sonra ikinci ən çox müsəlman əhalisi olan Almaniyada 5,3 milyon müsəlmanın təxminən 3 milyonu türk soyludur.

 



Әlaqәli Xәbәrlәr