G-7 nazirləri ikinci dəfə Yaponiyada

Yaponiyanın xarici işlər naziri Kamikava Yokonun sədrliyi ilə keçiriləcək yığıncaqda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edəcək

2061328
G-7 nazirləri ikinci dəfə Yaponiyada

 

  G-7 xarici işlər nazirləri 7-8 noyabr tarixlərində paytaxt Tokioda 2023-cü il dövri sədr Yaponiyanın ev sahibliyi ilə bir araya gəlir.

  Yaponiyanın xarici işlər naziri Kamikava Yokonun sədrliyi ilə keçiriləcək yığıncaqda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edəcək.

  Toplantıda İsrailin bir aydır Qəzza zolağına hücumları, Rusiya-Ukrayna müharibəsi, enerji və iqlim problemləri müzakirə olunacaq.

  Nazirlər Çinin Asiya-Sakit okean geosiyasətində artan təsirini və Şimali Koreyanın nüvə və raket proqramlarının son vəziyyətini də müzakirə edəcəklər.

  "Azad və açıq Hind-Sakit okeanı" çərçivəsində hərtərəfli əməkdaşlığa diqqət yetiriləcək toplantıdan sonra müzakirə olunan məsələləri qeyd edən bəyannamə oxunacaq.

  Xatırladaq ki, 2023-cü il G-7-nin dövri sədri olan Yaponiya aprel ayında Naqano əyalətinin Karuizava şəhərində ilin ilk G-7 xarici işlər nazirləri iclasını keçirib.



Әlaqәli Xәbәrlәr