“Fələstinli cəsur qız” yenə İsrail zindanında

Üç dəfə İsrail gülləsi ilə yaralanan və Hanzala Cəsarət Mükafatını qazanan "Fələstinli cəsur qız" Ahid Təmimi Anadolu Agentliyinin (AA) fotoşəkilləri ilə dünyada tanınmışdı

2061112
“Fələstinli cəsur qız” yenə İsrail zindanında

 

  İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində “Fələstinli cəsur qız” Ahid Təmimini saxlayıb.

  23 yaşlı Ahid Təmiminin anası Nəriman bildirib ki, İsrail qüvvələri Ramallahın Nebi Salih qəsəbəsindəki evlərinə basqın edərək qızını aparıblar.

  Nəriman Təmimi İsrail əsgərlərinin basqın zamanı evlərinə ziyan vurduqlarını və istifadə etdikləri cib telefonlarını müsadirə etdiklərini bildirib.

  Ahid Təmiminin atası da bir neçə gün əvvəl İsrail qüvvələri tərəfindən saxlanılıb.

  İsrail mediasına görə, Ahid Təmimi İordan çayının qərb sahilində yəhudilərin qeyri-qanuni yerləşdiklərindən yazılar paylaşıb.

  Qeyd edək ki, “Fələstinli cəsur qız” kimi tanınan Ahid Təmimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən tutularaq 8 ay həbsdə yatmışdı. Üç dəfə İsrail gülləsi ilə yaralanan və Hanzala Cəsarət Mükafatını qazanan "Fələstinli cəsur qız" Ahid Təmimi Anadolu Agentliyinin (AA) fotoşəkilləri ilə dünyada tanınmışdı. Həbs olunduqdan sonra sərbəst buraxılan Təmimi ilə o zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışmış, onu cəsarətinə və döyüş əzminə görə təbrik etmişdi.



Әlaqәli Xәbәrlәr