ABŞ tarixinin ən böyük “Fələstinə dəstək” nümayişi keçirildi

“Vaşinqtona milli yürüş: azad Fələstin” adı altında təşkil edilən nümayişə 450-dən çox qeyri-hökumət təşkilatı dəstək verib

2060461
ABŞ tarixinin ən böyük “Fələstinə dəstək” nümayişi keçirildi
abd filistin'e destek gosterisi1.jpg
abd filistin'e destek gosterisi.jpg

 

  İsrailin Qəzzaya hücumlarında atəşkəsi təmin etmək və Birləşmiş Ştatların İsrailə yardımını dayandırmaq məqsədilə ABŞ-ın paytaxtı Vaşinqtonda ölkə tarixinin ən böyük “Fələstinə dəstək” nümayişi keçirilib.

  “Vaşinqtona milli yürüş: azad Fələstin” adı altında təşkil edilən nümayişə 450-dən çox qeyri-hökumət təşkilatı dəstək verib.

  Ağ Ev və Konqresin yaxınlığındakı “Freedom Plaza” meydanında əllərində Fələstin bayraqları və Fələstini dəstəkləyən pankartlarla başlayan nümayişə şəhər xaricindən gələnlər də daxil olmaqla yüz minlərlə adam qatılıb.

  Etiraz aksiyasının təşkilatçılarından biri olan “Answer” (Cavab) Koalisiyası sosial media hesabında 300 mindən çox adamın gəldiyi nümayişin “ABŞ tarixində Vaşinqtonda Fələstin tərəfdarı olan ən böyük mitinq” olduğunu yazıb.

  Sülh tərəfdarı olan yəhudi qrupların da iştirak etdiyi nümayişdə edilən çıxışlarda "Qəzzada dərhal atəşkəs" və Co Bayden administrasiyasına ABŞ-ın İsrailə yardımını dayandırması tələb olunub.

  Çıxışlardan sonra nümayişçilər Ağ Evə doğru yürüyüblər.

  Paytaxt Vaşinqtondan başqa ABŞ-ın digər şəhərlərində - Nyu-York, Los-Anceles, Detroit və Sietldə də Fələstinə dəstək nümayişləri keçirilib.

  “Manhetten Herald” meydanına toplaşan 1000-dən çox Fələstin tərəfdarı nümayişçi bir müddət nəqliyyatın hərəkətini dayandırıb və Qəzzada dərhal atəşkəsə çağırış nidaları səslənib. Daha sonra polisin gücləndirdiyi təhlükəsizlik tədbirləri altında etirazçılar Birləşmiş Millətlər Təşkilatının binasına doğru yürüş ediblər. Burada şüarlar səsləndikdən sonra nümayişçilər insidentsiz dağılıblar.



Әlaqәli Xәbәrlәr