Fransa prezidenti Özbəkistanda səfərdədir
Fransadan Özbəkistana prezident səviyyəsində sonuncu səfər 30 il əvvəl Fransua Mitterand tərəfindən (1994) həyata keçirilib.
Fransa prezidenti Emmanuel Makron Özbəkistanda səfərdədir.
Fransadan Özbəkistana prezident səviyyəsində sonuncu səfər 30 il əvvəl Fransua Mitterand tərəfindən (1994) həyata keçirilib.
Bununla belə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Fransaya 2 dəfə - 2018 və 2022-ci illərdə səfər edib.
Fransa mətbuatı Makronun Daşkənddə keçirəcəyi görüşlərdə iki ölkə arasında iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlığın artırılması, fransız şirkətlərinin Özbəkistanda mövcudluğunun genişləndirilməsi kimi məsələləri müzakirə edəcəyini bildirilib. Hazırda Özbəkistanda 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.