Sudanda 3 milyona yaxın uşaq didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondu – UNICEF-in Sudan ofisinin “X” sosial media platformasında verilən açıqlamada bildirilir ...

2057867
Sudanda 3 milyona yaxın uşaq didərgin düşüb

 

  Sudanda 3 milyona yaxın uşaq didərgin düşüb.

  Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondu – UNICEF-in Sudan ofisinin “X” sosial media platformasında verilən açıqlamada bildirilir: “Sudanda davam edən vətəndaş müharibəsi üzündən 3 milyon uşağın evindən didərgin düşüb ki, bu, dünyada ən yüksək rəqəmdir.

  Müharibənin daha da şiddətlənməsindən zorakılıq və istismar riski ilə üzləşən uşaqlar evlərini tərk etməyə məcbur qalır. Savaş dayandırılmalıdır ki, uşaqlar təhlükəsiz və sağlam böyüsünlər, oxusunlar, oynasınlar, öyrənsinlər”.

  Qeyd edək ki, 2023-cü il aprelin 15-də Şərqi Afrika ölkəsi Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurma baş verib. Sudan İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, hələ də davam edən qarşıdurmalarda təxminən 10 min insan həyatını itirib, 25 milyon humanitar yardıma möhtac olub, 5,4 milyon adam isə evlərini tərk etmək məcburiyyətində qalıb.

  Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan sentyabrın 6-da dövlətə qarşı üsyan etdiyi, vətəndaşlara qarşı ciddi qanun pozuntularına yol verdiyi və ölkənin infrastrukturuna qəsdən zərər verdiyini əsas gətirərək Çevik Dəstək Qüvvələri ləğv etmək qərarı alıb və beynəlxalq ictimaiyyəti onu “terrorçu qrup” kimi qəbul etməyə çağırıb.

  Regional və beynəlxalq atəşkəs və danışıq cəhdləri indiyədək tərəflərin qarşılıqlı pozuntu ittihamları və irəli sürülən şərtlərlə bağlı uğursuzluğa düçar olub.



Әlaqәli Xәbәrlәr