"Yəhudilik və sionizm bir-birindən yerlə göy qədər ayrıdır, əgər izah etsək…” Y.D.Vays

Sionizmin 1948-ci ildən fələstinlilərin məcburi köçə məruz qaldığı Böyük Fəlakətə (Nəkbə) gətirib çıxardığını söyləyən Dovid Vays deyib ...

2057837
"Yəhudilik və sionizm bir-birindən yerlə göy qədər ayrıdır, əgər izah etsək…” Y.D.Vays

 

  “Neturei Karta” kimi tanınan Sionizmə qarşı Beynəlxalq Yəhudi  Təşkilatından ravvin Yisroel Dovid Vays Fələstinin azad olması üçün Allaha dua etdiklərini bildirib.

  Sionizmin 1948-ci ildən fələstinlilərin məcburi köçə məruz qaldığı Böyük Fəlakətə (Nəkbə) gətirib çıxardığını söyləyən Dovid Vays deyib: "Yəhudilik və sionizm bir-birindən yerlə göy qədər ayrıdır, bir-birinə ziddir. Uca Tanrıya təslim olmaqdır yəhudilik. Sionizm isə millət olmaq üçün nəyin bahasına olursa olsun, hər şeyə sahib çıxmağa çalışan ifrat millətçiliyin adıdır.

  “Tövrat”da "Öldürmə və oğurlama" buyruğu var. Amma İsrail hökuməti ərəblərdən oğurluq edərək dövlətlərini qurur. Ona görə də biz fələstinlilərlə birlikdə ağlayırıq.

  İsrail nifrət yaradan və qızışdıran antisemit bir dövlətdir.

  Biz dindar yəhudilər olaraq fələstinlilərin və yəhudilərin bu qədər qan tökməsinə səbəb olan sionist İsrail dövlətinin tez məhv olması üçün hər gün Allaha dua edirik. Allahdan Fələstini tezliklə azad etməsini diləyirik. Fələstinin azad olması üçün hər gün dua edirik. Fələstin azad olsun və dünya harmoniya ilə Allaha xidmət etsin”.

  Yəhudilər “Tövrat”ın əmrlərinə tabedir, lakin sionizmdə belə bir itaətdən söhbət gedə bilməz. Onlar “Tövrat”ın 10 buyruğuna və şənbəyə (Şabat) uymurlar. Şənbə günü İsraildə hər şey həmişəki kimi davam edir. Özlərini yəhudi dövləti adlandırmaları tamamilə cəfəngiyyat və saxtakarlıqdır. O dövlətin arxasında din deyil, ideologiya dayanır. Bəziləri sionistlərə demokrat deyir. Ərəblərə və müsəlmanlara qarşı necə davrandıqlarına baxdığımızda bunu söyləmək çox gülməlidir."



Әlaqәli Xәbәrlәr