İsrail Qəzza zolağına hücumlarını davam etdirir

İsrailin Qəzza zolağına istiqamətli hava, quru və dənizdən fasiləsiz hücumlarında can itkisi 8 mini keçib, 20 mindən çox insan isə yaralanıb. (YENİLƏNİB)

2057618
İsrail Qəzza zolağına hücumlarını davam etdirir

İsrailin Qəzza zolağına hava və qurudan hücumları 24 gündür davam edir.

Qəzza zolağının mərkəzi hissəsində yerləşən Zevayide bölgəsində bir fələstinli ailənin evinə İsrail təyyarələrinin hücumu nəticəsində 11 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzzanın cənubuna hücumunda iki yaşayış binası dağıdılıb, çoxlu sayda ölü və yaralı dağıntılar altından çıxarılıb.

İsrailin Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə təşkil etdiyi hücumlarda 3 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

İsrail ordusu bildirib ki, əsgərlər blokada altında olan Qəzza zolağında "quru əməliyyatlarını genişləndirməyə" davam edir.

Xəstəxanaları hədəfə almaqdan da çəkinməyən İsrail ordusu Qəzzada Əl-Qüds xəstəxanası yaxınlığında raket hücumu təşkil etməklə yanaşı, İndoneziya xəstəxanasının ətrafını da vurub. İsrail ordusu Əl-Qüds xəstəxanasını da vurmaqla hədələyir.

Mülki əhalinin yaşadığı yaşayış evlərinə ciddi ziyan dəydiyi, ölən və yaralananların olduğu bildirilir.

Qəzzada xidmət göstərən Türkiye-Fələstin Dostluq Xəstəxanası da İsrailin hücumları zamanı zədələnib.

Qəzzada xərçəng xəstələri üçün yeganə xəstəxananın Türkiye-Fələstin Dostluq Xəstəxanası olduğunu ifadə edən xəstəxana müdiri Sübhi Sekkik xəstəxananın qorunması üçün Türkiyedən kömək istəyib.

Qəzzada yayım aparan "El-Aksa" televiziya kanalı İsrailin hücumlarında ağ fosfor bombalarından istifadə etməyə davam etdiyini bildirib.

İsrail ordusu 7 oktyabrdan bəri Qəzzada 200 mindən çox yaşayış məntəqəsini hədəfə alıb. 80 hökumət binası, 47 məscid, 3 kilsə və 203 məktəb İsrail tərəfindən bombalanıb. Hücumlar nəticəsində 12 xəstəxana və 32 sağlamlıq mərkəzisıradan çıxıb.

Qəzza zolağına humanitar yardımın daxil olması isə məhdud şəkildə davam edir. Misirə açılan Rəfah keçid məntəqəsindən daha 24 yük maşını Qəzzaya daxil olub. Oktyabrın 7-dən Qəzzaya gələn yardım maşınlarının sayı 118-dir.

İsrail "Həmas"ın əlindəki əsir sayını 239 olaraq açıqlayıb.

İsrailin Qəzza zolağına istiqamətli hava, quru və dənizdən fasiləsiz hücumlarında can itkisi 8 mini keçib, 20 mindən çox insan isə yaralanıb.



Әlaqәli Xәbәrlәr