Afrikanın 21 ölkəsində poliomielit görünüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika direktoru Matşidiso Moeti yazılı açıqlamasında Afrikadakı uşaq iflici hadisələrinə diqqət çəkərək bildirib ...

2055895
Afrikanın 21 ölkəsində poliomielit görünüb

 

  Poliomielitə yoluxma halları Afrika qitəsinin 21 ölkəsində qeydə alınıb.

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika direktoru Matşidiso Moeti yazılı açıqlamasında Afrikadakı uşaq iflici hadisələrinə diqqət çəkərək bildirib: “Qitənin 21 ölkəsində poliomielit halları var. Uşaq iflici ilə mübarizə yetərincə deyil. Xəstəlikdən əziyyət çəkən və hələ də tibbi müdaxilə edilməyən bölgələr çoxdur. Digər tərəfdən, son bir ildə dünyada poliomielit hallarında azalma var”.

  Qeyd edək ki, poliomielit 5 yaşdan kiçik uşaqlarda baş verən və eyni adlı virusun törətdiyi xəstəlikdir. Virus hər 200 hadisədən birində onurğa beyninə yayılır və geridönməz ifliclərə səbəb olur. İflic olanların 5-10 faizi tənəffüs əzələləri təsirləndikdə həyatını itirir.

 



Әlaqәli Xәbәrlәr