2023-cü ilin iyun-sentyabr ayları arasında dünya üzrə məcburi köçkünlərin sayı 4 milyon nəfər artıb

2009-2023-cü illər arasındakı məlumatları özündə əks etdirən BMT QAK-ın dərc etdiyi hesabatda yazılır ...

2055810
2023-cü ilin iyun-sentyabr ayları arasında dünya üzrə məcburi köçkünlərin sayı 4 milyon nəfər artıb

 

  2023-cü ilin iyun-sentyabr ayları arasında dünya üzrə məcburi köçkünlərin sayı 4 milyon nəfər artıb.

  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, cari ilin iyun-sentyabr aylarında dünyada davam edən qarşıdurmalar, müharibələr, zorakılıqlar və insan hüquqlarının pozulması səbəbindən məcburi köçkünlərin sayı 4 milyon nəfər artaraq 114 milyon olub.

  2009-2023-cü illər arasındakı məlumatları özündə əks etdirən BMT QAK-ın dərc etdiyi hesabatda yazılır: “Müharibə, təqiblər, zorakılıq və insan haqlarının pozulması səbəbindən dünya miqyasında didərgin düşmüş insanların sayı 2023-cü il sentyabrın sonuna kimi 114 milyon olub.

  Bu ilin ilk yarısında məcburi köçkünlərin əsas səbəbləri arasında Ukraynada davam edən müharibə, Sudan, Konqo Demokratik Respublikası və Myanmadakı münaqişələr, Somalidəki iqlim hadisələri və Əfqanıstandakı humanitar böhrandır.

  Məcburi köçkünlərin yarısından çoxunun öz ölkələrinin sərhədləri daxilində didərgin düşüb.

  İsrail və Fələstin arasında oktyabrın 7-də başlayan münaqişələr səbəbindən baş verən köçlər hələ hesabata daxil edilməyib.

   Aşağı və orta gəlirli ölkələr tərəfindən qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan insanların 75 faizini qəbul olunub.

  Hesabatda fikirləri yer alan BMT-nin qaçqınlar üzrə xüsusi komissarı Filippo Qrandi deyib: "Hazırda dünyanın diqqəti haqlı olaraq Qəzzada baş verən humanitar fəlakətə yönəlib. Lakin qlobal miqyasda münaqişələr artır və ya şiddətlənir. Münaqişələr günahsız insanların həyatını parçalayır və adamları didərgin salır.

  Beynəlxalq ictimaiyyətin münaqişələrin həlli yollarını tapa və yenilərinin qarşısını ala bilməməsi köçkünliyə və səfalətə səbəb olur.

  Biz münaqişəyə son qoymaq üçün birlikdə çalışmalıyıq. Qaçqınların və digər məcburi köçkünlərin öz evlərinə qayıtmasına və ya həyatlarına yenidən başlamasına imkan verməliyik.

  Biz tərəfdaşlarımızla birlikdə qaçqınlar üçün həll yolları tapmağa davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr