“Yaponiya regionda iki dövlətli həlli dəstəkləməyə davam edir”, K.Yoko

Kamikava Misirdə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən və Qəzzadakı hadisələrin müzakirə edildiyi Qahirə Sülh Zirvəsində çıxışı zamanı söyləyib ...

2054155
“Yaponiya regionda iki dövlətli həlli dəstəkləməyə davam edir”, K.Yoko

 

  Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Fələstin-İsrail böhranında iki dövlətli həlli dəstəkləməyə davam etdiyini bildirib və “Yaponiyanın Fələstinə bağlılığı heç vaxt dəyişməyəcək” deyib.

  Kamikava Misirdə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən və Qəzzadakı hadisələrin müzakirə edildiyi Qahirə Sülh Zirvəsində çıxışı zamanı söyləyib: “Böhranın bir tərəfi Fələstin, bir tərəfi İsrail olsa da, ərəb dövlətləri və İran ilə də tez-tez danışırıq.

  Əsas problem humanitar yardımın kəsilməsini minimuma endirməkdir. Qəzzada 1 milyondan çox günahsız insan son dərəcə çətin vəziyyətdədir.     

  Biz indi şahidi olduğumuz faciənin Yaxın Şərq sülhü üçün fürsət pəncərəsini bağlamasına imkan verməməliyik. Bu problemi ancaq dialoq yolu ilə həll edə bilərik.

  Yaponiya hökuməti bu həftə Qəzza zolağına 10 milyon dollarlıq təcili humanitar yardım göndərmək istəyir. Bu, yardımın ilk addımı olacaq. Biz yardımı yerlərdə ehtiyaclar əsasında qiymətləndiririk.

  Yaponiya Fələstinin onilliklər ərzində sülh prosesinin əsasını təşkil edən etimad və iqtisadi özünü təminatını dəstəkləyir. Ölkəmizin Fələstinə bağlılığı heç vaxt dəyişməyəcək. Yaponiya regionda “iki dövlətli həll”i dəstəkləməyə davam edir.

  Kamikava Yoko Qahirəyə səfəri çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin prezidenti Mahmud Abbasla da görüşüb.



Әlaqәli Xәbәrlәr