Məhəmməd bin Salman Castin Trüdo və Emmanuel Makronla telefon əlaqəsi saxlayıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman fələstinlilərin Qəzzadan köçə məcbur edilməsinə və hər hansı şəkildə mülki əhalinin hədəf alınmasına qarşı olduqlarını bildirib.

2053987

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, Məhəmməd bin Salman Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.
Məhəmməd bin Salmanla Castin Trüdo arasında baş tutan telefon danışığında regiondakı gərginliyin azaldılması və zorakılığın genişlənməsinin qarşının alınması üçün göstərilən səylər müzakirə olunub.
Qəzzaya tibbi və humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayan vəliəhd şahzadə Səudiyyə Ərəbistanının fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçə məcbur edilməsinə qarşı olduqlarını bildirib.
Məhəmməd bin Salmanla Emmanuel Makron arasında baş tutan görüşdə isə mülki şəxslərin hər hansı şəkildə hədəf alınmamasının və beynəlxalq humanitar hüquqa riayət edilməsinin vacibliyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr