Lloyd Ostin Qətər Əmiri və BƏƏ-nin Prezidenti ilə Yaxın Şərqdəki hadisələri müzakirə edib

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sani, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanla telefon əlaqəsi saxl

2053697
Lloyd Ostin Qətər Əmiri və BƏƏ-nin Prezidenti ilə Yaxın Şərqdəki hadisələri müzakirə edib

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sani, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanla telefon əlaqəsi saxlayıb.
ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda Lloyd Ostinin həmsöhbətləri ilə telefon danışıqlarında ABŞ-ın bu ölkələrlə təhlükəsizlik mövzusundakı ortaqlığını və Yaxın Şərqdəki hadisələri müzakirə etdiyi qeyd edilib.
Bəyanatda Lloyd Ostinin Qətər Əmiri Şeyx Əl Sani, BƏƏ prezidenti Əl Nəhyan və Səudiyyə Ərəbistanının müdafiə naziri Salmanla görüşlərində ABŞ-ın münaqişələrin artmasının qarşısını almaq mövzusunda qətiyyətli olduğunu vurğuladığı bildirilib 
Bəyanatda həmçinin Lloyd Ostinin səudiyyəli həmkarına Yəməndə davam edən müharibəni dayandırmağı tövsiyə etdiyi və tərəflərin milli təhlükəsizlik qrupları vasitəsilə sıx əlaqə saxlamaq mövzusunda razılıq əldə etdikləri qeyd olunub.



Әlaqәli Xәbәrlәr