İsrailin Qəzzaya hücumlarına dünya miqyasında etiraz edilən nümayişlər keçirilir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Konqresin əlavə binasına daxil olan yəhudilər İsrailə etiraz ediblər.

2053045
İsrailin Qəzzaya hücumlarına dünya miqyasında etiraz edilən nümayişlər keçirilir
roma filistin destek.jpg
abd israil tepki.jpg

Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Konqresin əlavə binasına daxil olan yəhudilər İsrailə etiraz ediblər.

Etirazçılar atəşkəs yazan pankart açıb və şüarlar səsləndiriblər: “Qəzzanın blokadasına son verin, sionizm faşizmə bərabərdir, Amerika yəhudiləri indi Qəzzada atəşkəs çağırır”. 
ABŞ polisi nümayişə müdaxilə edib.

Polis İsraili atəşkəsə çağıran 300 sülh tərəfdarını saxlayıb. Konqres şəhərciyi qarşısında da nümayiş keçirən yəhudi qruplar Fələstinə dəstək veriblər.

İsrailin xəstəxanaya hücumuna Nyu-York və Çikaqo kimi böyük şəhərlərdə də etiraz edilib. Fələstin bayraqları daşıyan nümayişçilər İsrail əleyhinə şüarlar səsləndiriblər. Nyu-Yorkda keçirilən nümayişdə yəhudilər də ön sıralarda olublar.

ABŞ Dövlət Departamentində “müttəfiqlərə və tərəfdaşlara silah tədarükü” bölməsinin baş meneceri vəzifəsində çalışan Coş Pol da ölkəsinin İsrailyönlü mövqeyini artıq dəstəkləyə bilməyəcəyini bildirərək istefa verdiyini açıqlayıb.

Kolumbiya prezidenti Qustavo Petro "X" sosial media platformasındakı paylaşımında İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumunun beynəlxalq səviyyədə araşdırılması lazım olan hərbi cinayət olduğunu bildirib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva da "Əl-Əhli Baptist Xəstəxanasına edilən hücum bağışlanmaz faciədir. Müharibələrin heç bir mənası yoxdur" deyib.

Braziliyanın San-Paulu şəhərində də Fələstin xalqı ilə həmrəylik nümayişi keçirilib. Nümayişçilər əllərində İsrailin hücumlarına qarşı Fələstini dəstəkləyən plakatlar qaldırıblar.

Çili prezidenti Qabriel Boriç də rəsmi səfərdə olduğu Çində Qəzzada xəstəxanaya hücumla bağlı mətbuata açıqlama verib. Borik “Demək istəyirəm ki, "Həmas"ın həyata keçirdiyi qəbuledilməz hücumlar qarşısında İsrailin Qəzzada vəhşiliyinə heç nə haqq qazandırmır” deyib.

İrlandiya prezidenti Mişel Higgins də İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumunun müharibə cinayəti kimi mütləq araşdırılmalı olduğunu bildirib.

Aralarında Çarls Dance, Liam Cunningham və Tilda Svinton da daxil olmaqla İngiltərədə 2 mindən çox sənətçi Qəzzada atəşkəs çağıran mətni imzalayıb.

Kanadanın Toronto şəhərindəki İsrail Baş Konsulluğu qarşısına toplanan etirazçılar da İsrail hökumətinin Qəzzaya hücumlarını pisləmək üçün bir araya gəlib. Nümayişçilər əllərində bayraqlar və pankartlar qaldırıb, şüarlar səsləndiriblər.

İspaniyanın Barselona şəhərində keçirilən nümayişlər zamanı İsrailin Qəzza zolağına, xüsusilə Əl-Əhli Baptist Xəstəxanasına hücumları etiraz edilib.

İtaliyanın paytaxtı Romada Fələstinə dəstək nümayişi keçirilib. Əllərində bayraqlar və pankartlar daşıyan və şüarlar səsləndirən nümayişçilər İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.

Yunanıstanın paytaxtı Afinada toplaşan minlərlə insan Fələstinə dəstək və həmrəylik nümayişi keçirib.

Əlcəzair Futbol Federasiyası bəyan edib ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində Fələstin xalqı ilə həmrəy olaraq növbəti xəbərdarlığa qədər bütün fəaliyyətini dayandırıb.



Әlaqәli Xәbәrlәr