Qəzzada dünyanın gözü qabağında qətliam törədildi

İsral Qəzzaya ağır zərbələr endirməyə davam edir.

2052526
Qəzzada dünyanın gözü qabağında qətliam törədildi
Gazze.11.jpg

İsral Qəzzaya ağır zərbələr endirməyə davam edir.
İsrailin Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ilkin məlumatlara görə 500 nəfər həlak olub. Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib. Məlumata görə, həlak olanların əksəriyyəti körpə, uşaq və qadındır.

“Baptist Xəstəxanası qətliamı misilsiz və təsvir olunmazdır” deyən sözçü Kudra bildirib ki, Qəzzada səhiyyə müəssisələri tükənmək üzrədir və müalicə müəssisələrinin həqiqətən tükəndiyini bəyan etməyə bir neçə saat qalıb.

Fələstin prezidenti Mahmud Abbas hadisədən sonra 3 günlük matəm elan edib.

Fələstin bəyan edib ki, İsrail döyüş təyyarələrinin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasını hədəf alması "müharibə cinayəti"dir.

Xarici İşlər Nazirliyinin "Facebook" hesabından İsrailin hücumu ilə bağlı açıqlama verilib.

Açıqlamada İsrail döyüş təyyarələrinin Qəzzada Əl-Əhli Baptist xəstəxanasını hədəfə alaraq "müharibə cinayəti" törətdiyi və bunun da insanlıq cinayəti olduğu qeyd edilib.

İsrail ordusunun Qəzza zolağına oktyabrın 7-də başlayan hücumları davam edir.

İsrail qüvvələri Qəzza zolağında Cibalya bölgəsi və Nusayrat qaçqınlar düşərgəsi və Yarmuk və Zeytun məhəllələrinə havadan və dənizdən hücumlar həyata keçirib. Qəzzanın şimalında evlərə endirilən hava zərbələri nəticəsində daha 30-a yaxın insan həyatını itirib.

Nusayrat qaçqınlar düşərgəsində bir çörək sexinin hədəf alındığı və hücumda ən azı 2 fələstinlinin həyatını itirdiyi bildirilib. Zərərçəkmiş çörək zavodunun digər bölgələrdən düşərgəyə sığınan fələstinlilər üçün çörək istehsal etdiyi bildirilib.

Qəzza zolağının cənubunda Xan Yunisə edilən hücumlarda biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr