“Dünyanın çox yerində müharibə cəbhələri açıqdır və …”

Katoliklərin dini başçısı və Vatikanın rəhbəri Papa Fransisk İsrailin Qəzzada bir xəstəxanaya hücumundan sonra bölgədə vəziyyətin ümidsiz olduğunu bildirib və humanitar fəlakətin qarşısını almağa çağırıb

2052688
“Dünyanın çox yerində müharibə cəbhələri açıqdır və …”

 

  Katoliklərin dini başçısı və Vatikanın rəhbəri Papa Fransisk İsrailin Qəzzada bir xəstəxanaya hücumundan sonra bölgədə vəziyyətin ümidsiz olduğunu bildirib və humanitar fəlakətin qarşısını almağa çağırıb.

  Hər çərşənbə günü Vatikanın Müqəddəs Pyotr Meydanında keçirilən ümumi qəbul toplantısında Yaxın Şərqdəki hadisələrə və İsrailin Qəzzada ən az 500 fələstinlinin həyatını itirdiyi Əl-Əhli Baptist Xəstəxanasına hücumuna toxunan Papa Fransisk deyib: "Bu gün fikrimiz Fələstin və İsrailə yönəlib. Ölənlərin sayı artır. Qəzzada vəziyyət ümidsizdir. Xahiş edirəm, humanitar fəlakətin qarşısını almaq üçün mümkün olan hər şeyi edin.

  Dünyanın çox yerində müharibə cəbhələrinin açıq olması qarşıdurmaların artması narahatlığını doğurur.

  Silahlar sussun, kasıbların, camaatın, uşaqların sülh üçün fəryadı eşidilsin.

  Oktyabrın 27-də Vatikanda keçiriləcək ictimai tədbirdə sülh üçün dua günü olacaq. Xristian və digər dinlərin nümayəndələrini və birliklərini bu tədbirə dəvət edirəm. Həmin axşam yerli vaxtla saat 18:00-da Müqəddəs Pyotr Meydanında bir saat boyu dünya sülhü üçün dualar edəcəyik. Hazırda danışılmayan, lakin əziyyət çəkən Ukrayna üçün dua etmənizi istəyirəm”.



Әlaqәli Xәbәrlәr