UNİSEF: “Bizə təcili humanitar atəşkəs lazımdır”

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) də bildirib ...

2051953
UNİSEF: “Bizə təcili humanitar atəşkəs lazımdır”

 

  Qəzza zolağında içməli suyun tükəndiyi və ailələrin quyulardan gələn çirkli sudan istifadə etmək məcburiyyətində qaldığı açıqlanıb.

  Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu - UNİCEF-in “X” platformasında yaydığı bəyanatda yazılır: “Bizə təcili humanitar atəşkəs lazımdır ki, yardım Qəzzada olan ailələrə və uşaqlara heç bir maneə olmadan çatsın”.

  Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) də bildirib: “Oktyabrın 7-dən Qəzzaya nə yanacaq, nə yemək, nə də su daxil olub. Şəhərə heç nə daxil olmayıb”.

  Xatırladaq ki, “Həmas”ın Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölü və yaralı var.



Әlaqәli Xәbәrlәr