Aİ liderləri İsrail-Fələstin mövzusunda növbədənkənar iclas keçirəcək

Avropa İttifaqına (Aİ) üzv dövlərin liderləri bu gün İsrail-Fələstin mövzusu ilə bağlı növbədənkənar toplantı keçirəcək.

2051901
Aİ liderləri İsrail-Fələstin mövzusunda növbədənkənar iclas keçirəcək

Avropa İttifaqına (Aİ) üzv dövlərin liderləri bu gün İsrail-Fələstin mövzusu ilə bağlı növbədənkənar toplantı keçirəcək.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Fələstindəki hadisələrlə bağlı liderləri onlayn qaydada görüşməyə çağırıb.
Mülki şəxslərin Beynəlxalq Humanitar Hüquq çərçivəsində qorunmasının vacibliyinə diqqət çəkilən çağırışda iki dövlətli həll təklifi təkrarlanıb.
Şarl Mişel həmçinin Qəzzada köməyə ehtiyacı olan mülki şəxslərə dəstək verməyə hazır olduqlarını bildirilib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr