BMT-nin Yaxın Şərq Agentliyi Qəzzadakı vəziyyətlə bağlı paylaşım edib

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada onlara tabe olan məktəb və binalarda  azı 400 min köçkünün olduğunu açıqlayıb.

2051150
BMT-nin Yaxın Şərq Agentliyi Qəzzadakı vəziyyətlə bağlı paylaşım edib

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentli (UNRWA) Qəzzada onlara tabe olan məktəb və binalarda azı 400 min köçkünün olduğunu açıqlayıb.
Bu barədə agentliyin rəsmi ''X'' səhifəsində edilən paylaşımda  bildirilib.
''Agentlikdə çalışan 14 dostumuzu itirdiyimiz üçün kədərlənirik'',-deyə paylaşımda vurğulanıb.
UNRWA daha əvvəl 9 əməkdaşının öldüyünü açıqlamışdı.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.
Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez sərhəd-keçid məntəqəsi ələ keçirib.
Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin öldüyü, 3436 israillinin yaralandığı bildirilib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 2670 nəfərin öldüyünü, 9600 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 56 fələstinlinin öldüyü, təxminən 619 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, İsrailin hücumları nəticəsində Qəzzada 9, Livanda isə 1 jurnalist həyatını itirib.



Әlaqәli Xәbәrlәr