Qəzzaya hücumların 9-cu gününə qədər beynəlxalq diplomatik danışıqlar

İsrailin quru əməliyyatı gözlənilsə də, sıx diplomatik danışıqlar sürür

2050993
Qəzzaya hücumların 9-cu gününə qədər beynəlxalq diplomatik danışıqlar

 

  İsrail blokadada olan Qəzzaya hücumlarını 9-cu gündür davam etdirir.

  İsrailin quru əməliyyatı gözlənilsə də, sıx diplomatik danışıqlar sürür.

  Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Söhbət zamanı İsrailin Qəzzanın boşaldılması tələbi müzakirə edilib. M.Abbas C.Baydenə fələstinlilərin Qəzzadan təxliyəsinin qəbuledilməz olduğunu bildirib.

  Böhran diplomatiyası çərçivəsində daha bir mühüm görüş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) başçısı Şeyx Məhəmməd ibn Zayed əl-Nahyan və ABŞ dövlət katibi Entoni Blinken arasında olub. Onlar Qəzza üçün təcili humanitar yardım dəhlizi yaradılmasını, o cümlədən regional təhlükəsizlik və sabitliyi bərqərar edəcək hərtərəfli və ədalətli sülhün təmin edilməsi üçün aydın siyasi həll yolunun tapılması müzakirə olunub.

  Fələstin Müqavimət Hərəkatı Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə Qətərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Söhbət zamanı müqavimətin və Fələstin xalqının öz məqsədlərini tam şəkildə həyata keçirə bilməsi üçün əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Həniyə fələstinlilərin Qəzzanı tərk etməyəcəklərini və Misirə köç etməyəcəklərini vurğulayıb.

  Misir xarici işlər naziri Samih Şükri də rəsmi görüşləri çərçivəsində paytaxt Qahirədə olan almaniyalı həmkarı Annalena Baerbokla Fələstin və İsrail arasında artan gərginliyi müzakirə ediblər. S.Şükri deyib: "Qəzza zolağında mülki əhalinin daha çox risk altında qalmaması üçün bölgədəki gərginlik dərhal dayandırılmalıdır. Misir bölgədə əmin-amanlıq naminə Fələstin, İsrail, eləcə də beynəlxalq tərəflərlə diplomatik danışıqlarını sürdürür. İsrail bölgədə gərginliyi artıracaq addımlardan və quru əməliyyatı başlama təhdidlərindən əl çəkməlidir".

  Misirli nazir Niderland və Moldoviya xarici işlər nazirləri ilə də ayrı-ayrılıqda telefonda danışaraq Qəzzadakı prosesləri müzakirə edib.

  Rusiya isə Qəzzada “Fövqəladə humanitar atəşkəs”in oktyabrın 16-da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasını istəyib.   



Әlaqәli Xәbәrlәr