Qəzza televiziyası Fransanın təzyiqi ilə susduruldu

“Əl-Əqsa” televiziyasının “Telegram” bu barədə yazılır ...

2051015
Qəzza televiziyası Fransanın təzyiqi ilə susduruldu

 

  İsrailin blokadası altında olan Qəzzadan yayımlanan “Əl-Əqsa” televiziyası Fransa hökumətinin təzyiqi ilə “Eutelsat” peyki tərəfindən dayandırıldı.

  “Əl-Əqsa” televiziyasının “Telegram” bu barədə yazılır: “Qəzza xalqına qarşı qırğınlar törədildiyi bir vaxtda Fransanın “Eutelsat” peyk şirkəti kanalın peyk siqnalını əngəlləyərək onu efirdən çıxarmaq qərarına gəldi. Şirkət Fransa hökumətinin təzyiqlərinə uydu, işğalçı İsrail hökumətinə boyun əydi. Bu, ifadə azadlığı və məzlum xalqların səsini dünyaya eşitdirmək haqqını təmin edən beynəlxalq hüquqa ziddir”.

  “Həmas”ın Fələstin İnformasiya Mərkəzi tərəfindən dərc edilən bəyanatda kanalın yayımının əsassız olaraq dayandırılması ən sərt ifadələrlə pislənilib: "Bu qərar xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıq və mətanət duruşunu aradan qaldıra bilməyəcək. Biz müvafiq beynəlxalq qurumları bu ədalətsiz və qərəzli qərardan əl çəkməsi üçün Fransa yayım şirkətinə təzyiq göstərməyə çağırırıq".

  Fransa hökuməti isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

  Qeyd edək ki, Qəzzadan yayımlanan “Əl-Əqsa” televiziyası 2006-cı ildə “Həmas” tərəfindən qurulmuşdu.



Әlaqәli Xәbәrlәr